satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda anomal istilər qatarların hərəkətini iflic edə bilər

Macarıstanda anomal istilər qatarların hərəkətini iflic edə bilər

Macarıstanda davam edən anomal istilər dəmir yolu nəqliyyatının fəaliyyətinə ciddi təsir göstərməkdədir.

NTV xəbər verir ki, ölkənin dövlət dəmir yolu operatoru “MÁV” yüksək temperaturun relslərə və müasir qatarların texniki sistemlərinə mənfi təsir göstərdiyini açıqlayıb.

Bəzi marşrutlarda qatarların sürəti təhlükəsizlik məqsədilə azaldılıb, bu isə gecikmələrə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, temperaturun 40 dərəcəni keçməsi relslərin deformasiyası və avadanlıqların sıradan çıxması riskini artırır. Son günlər bir sıra müasir “FLIRT” qatarlarında da nasazlıqlar qeydə alınıb.

“MÁV” sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hərəkət cədvəlində mümkün dəyişiklikləri izləməyi tövsiyə edir.

Sinoptiklər yaxın günlərdə də isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM