satellite   Azerspace-1: 11135 H 30000

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib.

NTV xəbər verir ki, o, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.

"Xalqlarımız arasındakı mədəni yaxınlıq, ortaq tarix və ənənəvi əlaqələr münasibətlərimizin möhkəm təməli olaraq qalır. Turizm sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təklif edə bilər. Qırğızıstan Mərkəzi Asiya dövlətlərinə səfər etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib", - S.Japarov bildirib.

O bu təşəbbüsü dəstəklədiklərinə görə Özbəkistan və Qazaxıstan liderlərinə təşəkkür edib: "Həmkarlarımın bundan sonrakı dəstəyinə ümid edirəm. Razılaşdırılmış mövqelərin işlənib hazırlanması üçün dövlətlərimizin xarici siyasət idarələrinə məsləhətləşmələri fəallaşdırmağı tapşırmağı təklif edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM