satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynanın dörd vilayətinə zərbələr endirib: ölən və xəsarət alanlar var

Rusiya Ukraynanın dörd vilayətinə zərbələr endirib: ölən və xəsarət alanlar var

Rusiya bu gün Ukraynanın Vinnitsa, Odessa, Xmelnitski və Xerson vilayətlərinə zərbələr endirib, hücumlar nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının nümayəndələri məlumat veriblər.

Rusiya qoşunları Vinnitsa vilayətində mülki infrastruktur obyektinə zərbə endirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər xəsarət alıb. Həmçinin "Novaya poçta" şirkətinin şöbəsinin zədələndiyi bildirilir.

Odessaya endirilən raket zərbəsi nəticəsində mülki infrastruktur obyektləri, o cümlədən müəssisə ərazisi, eləcə də xəstəxana və kollec binaları zədələnib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, 2 nəfər xəsarət alıb: 43 yaşlı kişinin vəziyyəti ağırdır, xəstəxananın 72 yaşlı əməkdaşı isə orta ağır dərəcəli xəsarətlər alıb.

Bundan başqa, Xmelnitskidə bir neçə partlayış baş verib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Tyurinin ilkin məlumatına görə, xəsarət alan yoxdur. Hadisə yerində aidiyyəti xidmətlər çalışır.

Rusiya Xerson vilayətinin Kamışanı qəsəbəsində mülki avtomobilə dron zərbəsi endirib.

Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, zərbə nəticəsində bir kişi həlak olub, onun şəxsiyyəti müəyyənləşdirilir. Yaralanmış 21 yaşlı gənc isə xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM