Mərakeşdən gələn qanunsuz miqrantlarla bağlı vəziyyətlə əlaqədar iki avrokomissara İspaniyaya dəstək göstərməyi tapşırmışam.
NTV xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Seutada baş verənlər qəbuledilməzdir. Təhlükəli sərhəd keçidlərinə dərhal son qoymaq lazımdır. Qaçaqmalçı şəbəkələri ləğv edilməlidir. Miqrantların geri qaytarılması isə qaydalarımıza uyğun olaraq, operativ şəkildə həyata keçirilməlidir", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
Ursula Fon der Lyayen qeyd edib ki, Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner artıq İspaniya ilə sıx əməkdaşlıq edir və kritik nöqtələrə getməyə hazırdır: "Eyni zamanda, o, "Frontex" vasitəsilə də İspaniyaya əlavə operativ dəstəyin göstərilməsi üzərində işləyəcək".
