satellite   Azerspace-1: 11135 H 30000

CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib

CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib

ABŞ İran limanlarının dəniz blokadası bərpa edildikdən sonra 30 ticarət gəmisinin heyətini istiqaməti dəyişməyə məcbur edib.

NTV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın məlumatına görə, iyulun 31-nə olan vəziyyətə əsasən, ABŞ hərbçiləri blokada rejiminə əməl olunmasını təmin etmək məqsədilə 30 kommersiya gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha ikisinin göyərtəsinə qalxıb.

Bununla belə, ABŞ Silahlı Qüvvələri humanitar yardım daşıyan 30-a yaxın gəminin keçidinə icazə verib.

CENTCOM həmçinin bildirib ki, hazırda Yaxın Şərq regionunda 20-dən çox ABŞ hərbi gəmisi yerləşir.

ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM