satellite   Azerspace-1: 11135 H 30000

Tufan Erhürman: Aİ Kipr üzrə danışıqların tərəfi ola bilməz

Tufan Erhürman: Aİ Kipr üzrə danışıqların tərəfi ola bilməz

Avropa İttifaqı Kipr danışıqlar prosesində tərəf ola bilməz.

NTV xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin Kipr üzrə xüsusi nümayəndəsi Raffaello Fitto ilə adadakı yunan icmasının rəhbəri Nikos Xristodulides arasında keçirilən görüşü şərh edərkən bildirib.

Kipr türklərinin lideri Aİ strukturlarının Kipr məsələsinə qərəzli, birtərəfli reaksiyasını və qərarlarını vurğulayıb.

“Aİ təsisatlarının, xüsusən də Avropa Parlamentinin mövqeyi Brüsselə inamı sarsıdıb. Əminəm ki, etimad quruculuğu tədbirləri yalnız Kiprin yunan rəhbərliyi səviyyəsində deyil, həm də Avropa İttifaqı səviyyəsində görülməlidir”, - deyə ŞKTC lideri qeyd edib.

T. Erhürmanın sözlərinə görə, Avropa İttifaqı adadakı ziddiyyətlərin ədalətli və uzunmüddətli həllinə töhfə verməyi arzu edirsə, Kiprdəki proseslərdə müsbət rol oynaya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM