satellite   Azerspace-1: 11135 H 30000

Reyn çayının Köln yaxınlığındakı hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Reyn çayının Köln yaxınlığındakı hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Reyn çayının Köln şəhəri yaxınlığından keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib.

NTV yerli mediaya istinadla xəbər verir ki, ölçmə cihazları suyun səviyyəsini 67 santimetr olaraq qeydə alıb. Bu, 2018-ci il oktyabrın 23-də ölçülən rekord minimum göstəricidən 2 santimetr azdır.

Çayın ölkənin digər ərazilərdən keçən hissələrində də suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb. Bununla belə, gün ərzində bəzi məntəqələrdə suyun səviyyəsinin qismən yüksələcəyi gözlənilir.

Aşağı su səviyyəsi ilə əlaqədar gəmilər çayda tam yüklə hərəkət edə bilmir. Bu isə yüklərin bir neçə gəmidə aparılmasını zəruri edir. Nəticədə daşınma xərcləri artır və bu da iqtisadiyyata əlavə yük yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM