satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

Macarıstanda davam edən güclü istilər fonunda ölkənin su və enerji sistemlərinin dayanıqlığını təmin etmək məqsədilə hökumət fövqəladə qərargahın iclasını keçirib.

NTV xəbər verir ki, Baş nazir Peter Macyarın sədrliyi ilə keçirilən müşavirədə rekord istilərin yaratdığı risklər, su ehtiyatlarının azalması və elektrik enerjisinə tələbatın artması diqqət mərkəzində olub.

Hökumət əhalinin fasiləsiz su və enerji ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Səlahiyyətlilər vətəndaşları sudan qənaətlə istifadə etməyə, elektrik sərfiyyatını azaltmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıblar.

Meteoroloqlar isə yaxın günlərdə yüksək temperaturun davam edəcəyini, vəziyyətin isə daimi nəzarətdə saxlanıldığını bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM