satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb

Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb

Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.

NTV "Dawn" qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.

Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.

Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM