satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada baş verən güclü zəlzələnin vurduğu zərərin miqyası açıqlanıb

Yaponiyada baş verən güclü zəlzələnin vurduğu zərərin miqyası açıqlanıb

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində azı 4 622 evə ziyan dəyib.

NTV bu barədə yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd olunub ki, son məlumatlara görə, 21 yaşayış məntəqəsi ərazisindəki 206 nöqtədə yaradılmış təxliyə mərkəzlərində 8 mindən çox insan qalır.

Ölənlərin sayı ölümü təbii fəlakətin fəsadları ilə əlaqədar ola biləcək şəxslər də daxil olmaqla, 38 nəfərə çatıb. Daha 13 nəfər ağır xəsarət alıb.

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM