satellite   Azerspace-1: 11135 H 30000

“The Telegraph”: Britaniya İran münaqişəsi səbəbindən iqtisadi tənəzzüllə üzləşir

“The Telegraph”: Britaniya İran münaqişəsi səbəbindən iqtisadi tənəzzüllə üzləşir

Hörmüz boğazının 2027-ci ilin yazına qədər bağlı qalması Böyük Britaniya iqtisadiyyatında tənəzzülə səbəb ola bilər.

NTV xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti EY konsaltinq şirkətinin hesabatına əsasən məlumat yayıb.

Hesabata görə, İranla bağlı münaqişənin uzanacağı təqdirdə, Böyük Britaniyanın ümumi daxili məhsulu (ÜDM) 2027-ci ildə 0,2 faiz azala bilər. Nəşrin məlumatına əsasən, belə bir ssenaridə 2027-ci ilin ilk iki rübü iqtisadi geriləmə ilə nəticələnəcək.

Qəzet qeyd edib ki, iqtisadi zəifləmə inflyasiyanın artmasına səbəb ola bilər. EY-nin proqnozuna əsasən, bu halda inflyasiya 6,4 faizə yüksələ bilər.

Daha əvvəl Böyük Britaniyanın sabiq maliyyə naziri Reyçel Rivz ölkə iqtisadiyyatının 2026-cı ildə artım proqnozunun 1,4 faizdən 1,1 faizə endirildiyini açıqlamışdı. O, həmçinin 2027-ci ildə iqtisadi artımın 1,6 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM