ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların bazar ertəsi günü başlayacağını bildirib.
NTV xəbər verir ki, Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Biz onlarla danışacağıq. Danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər hakimiyyətlərinin, eləcə də İran tərəfinin tələbi ilə danışıqlara razılıq verib.
ABŞ Prezidenti vurğulayıb ki, razılaşmanın əldə olunmasına üstünlük verir. “Mən insanların öldürülməsini xoşlamıram”, - deyə Tramp bildirib.
