satellite   Azerspace-1: 11135 H 30000

Mərakeş DİN: Seutada baş verən hadisələrdə 11 miqrant ölüb

Mərakeş DİN: Seutada baş verən hadisələrdə 11 miqrant ölüb

İspaniyanın Seuta şəhəri yaxınlığında baş verən hadisələr zamanı 11 miqrant ölüb.

NTV xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, kütləvi miqrant axını zamanı bir nəfər uçurumdan yıxılaraq həlak olub, daha 10 nəfər isə boğularaq həyatını itirib.

Daha əvvəl İspaniya hökumətinin Seutadakı nümayəndəsi Migel Anxel Peres bildirib ki, kütləvi miqrant keçidindən sonra anklavda asayişin təmin edilməsi məqsədilə əraziyə təxminən 3 min təhlükəsizlik əməkdaşı cəlb olunub.

“El País” qəzeti yazıb ki, Seutada yaranmış vəziyyət Avropada miqrasiya böhranı fonunda siyasi fikir ayrılıqlarını daha da dərinləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM