İyul ayında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində 34 brakonyerlik cəhdinin qarşısını alıb.
NTV Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, brakonyerlərdən 24,6 kilometr uzunluğunda qanunsuz balıq ovu vasitələri, həmçinin ümumi çəkisi 580 kiloqram olan 103 nərə balığı müsadirə edilib.
Qarşısı alınan ziyanın məbləği 251 milyon tenqedən (təxminən 530.000 dollar) çoxdur.
