satellite   Azerspace-1: 11135 H 30000

Bəqai: ABŞ-nin Hörmüzdən təklif etdiyi marşrut İranın təhlükəsizliyinə təhdid yaradırdı

Bəqai: ABŞ-nin Hörmüzdən təklif etdiyi marşrut İranın təhlükəsizliyinə təhdid yaradırdı

ABŞ-nin Hörmüz boğazından gəmilərin keçidi üçün təklif etdiyi marşrut İranın milli təhlükəsizliyinə təhdid yaradırdı.

NTV Tasnim-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran və Oman arasındakı danışıqlar Hörmüz boğazında təhlükəsiz gəmiçilik haqqında razılaşmanın əldə olunmasına yönəlib. O qeyd edib ki, tərəflər artıq təklif mübadiləsi aparıb və gələcək addımları ətraflı müzakirə ediblər.

Bəqai bildirib ki, Tehran və Vaşinqton arasında müharibənin dayandırılması haqqında 18 iyun tarixli memoranduma əsasən, İran 30 gün ərzində Hörmüz boğazında gəmilərin hərəkət intensivliyini müharibədən əvvəlki səviyyəyə qədər bərpa etməli idi.

"Gəmilərin hərəkət intensivliyini müharibədən əvvəlki səviyyəyə qədər bərpa etmək üçün bizə 30 gün vaxt verilmişdi. Biz öz öhdəliklərimizi vicdanla yerinə yetirirdik, lakin ABŞ bu 30 günün başa çatmasına imkan vermədi və bir neçə gəmiyə hücum bəhanəsi ilə genişmiqyaslı zərbələrə (İrana - red.) başlamaqla bütün razılaşmaları pozdu və yenidən dəniz blokadası tətbiq etdi", - o qeyd edib.

XİN nümayəndəsinin sözlərinə görə, bundan sonra ABŞ birtərəfli qaydada öz öhdəliklərini etibarsız elan etdi və bu, vəziyyətin daha da gərginləşməsinə səbəb oldu.

"Əldə olunmuş razılaşmalara əsasən, gəmilər İran suları vasitəsilə təhlükəsiz marşrutla keçməli idi. Lakin ABŞ dövlət katibinin regiona səfərindən sonra ertəsi gün biz Vaşinqtonun Oman sularından cənub marşrutu açmaqla bağlı birtərəfli cəhdləri ilə qarşılaşdıq ki, bu da anlaşma memorandumuna zidd idi və İranın milli təhlükəsizliyinə təhdid yaradırdı", - Bəqai vurğulayıb.

O, həmçinin qeyd edib ki, Omanla danışıqlar prosesi "müsbət məcrada" inkişaf edir.

"Tərəflər təklif ("yol xəritələri") mübadiləsi aparıb və onları ətraflı müzakirə ediblər. Ümid edirik ki, istər region ölkələri, istərsə də onun hüdudlarından kənarda yerləşən dövlətlər İranın məsuliyyətli yanaşmasını layiqincə qiymətləndirəcək və bu prosesin irəliləməsinə töhfə verən konstruktiv mövqedən çıxış edəcəklər", - İran XİN nümayəndəsi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM