satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada anomal istilər ərzaq qıtlığına səbəb ola bilər

Böyük Britaniyada anomal istilər ərzaq qıtlığına səbəb ola bilər

Böyük Britaniyada anomal istilər səbəbindən yaranan quraqlıq fonunda ərzaq qıtlığı başlaya bilər.

NTV xəbər verir ki, bu barədə "Mirror" nəşri Milli Fermerlər İttifaqına (NFU) istinadən yazır.

"Ekstremal isti hava şəraitində məhsulu qoruyub saxlamaq üçün mübarizə aparan fermerlər uzun sürən quraqlığın Böyük Britaniyada ərzaq qıtlığına gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edirlər", - nəşr qeyd edibr.

NFU-nun rəhbəri Tom Bredşou Böyük Britaniyanın Baş naziri Endi Bernemi təcili tədbirlər görməyə və su anbarlarının tikintisi üçün fermerlərə vergi güzəştləri təqdim etməyə çağırıb.

Ölkənin bəzi rayonlarına artıq bir aydan çoxdur ki, yağış yağmayıb və bu, məhsulun, xüsusilə də buğdanın inkişafını ləngidib. Bu həftə İngiltərənin səkkiz regionunda havanın isti keçəcəyi ilə bağlı xəbərdarlıq edilib, temperaturun 34°C-yə qədər yüksələcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM