satellite   Azerspace-1: 11135 H 30000

Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib

Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib

Ukrayna Prezidenti Volodimir Zelenski Rustem Umerovu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.

NTV "RBK-Ukrayna"-ya istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq fərman imzalayıb.

Digər fərmanla Zelenski Rustem Umerovu öz ərizəsinə əsasən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

Bildirilir ki, yeni vəzifə Umerova raketdən müdafiə üzrə beynəlxalq koalisiyanın fəaliyyəti, pilotsuz uçuş aparatları ilə bağlı əməkdaşlıq və digər beynəlxalq təhlükəsizlik layihələrinin koordinasiyası ilə daha yaxından məşğul olmağa imkan verəcək.

Zelenski İqor Klimenkonu isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib.

Qeyd edək ki, İqor Klimenko bundan əvvəl daxili işlər naziri vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM