satellite   Azerspace-1: 11135 H 30000

Podolyak: Zelenski Putinə hava məkanında atəşkəs və cəbhə xəttinin dondurulmasını təklif edir

Podolyak: Zelenski Putinə hava məkanında atəşkəs və cəbhə xəttinin dondurulmasını təklif edir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya atəşkəsin müxtəlif formatlarını, o cümlədən hava məkanında qarşılıqlı zərbələrin və enerji infrastrukturuna hücumların dayandırılmasını təklif edir.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa da hazırdır.

Podolyak əlavə edib ki, hazırda döyüş əməliyyatlarının mövcud cəbhə xətti boyunca dondurulması variantı da nəzərdən keçirilir. Onun sözlərinə görə, məqsəd gələcəkdə daha mürəkkəb sülh danışıqları üçün şərait yaratmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM