Moskva Qərb ölkələrindən konstruktiv və yetkin yanaşma sərgilənəcəyi təqdirdə Ukrayna ilə danışıqlara açıq olduğunu bildirib.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 3-cü Rusiya-Qazaxıstan Media Forumu çərçivəsində danışıb. O, Ukrayna tərəfinin daha əvvəl danışıqlardan çəkildiyini və qeyri-ardıcıl mövqe nümayiş etdirdiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, əgər Qərbdə münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına yönəlmiş dürüst dialoqa ehtiyac dərk olunarsa, danışıqlar üçün perspektiv yaran bilər. Əks halda, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirərək öz maraqlarını hərbi yolla qoruyacaq.
