satellite   Azerspace-1: 11135 H 30000

Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub

Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb.

NTV xəbər verir ki, agentliyin məlumatına görə, insident Omanın Əl-Xəsab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş verib. Yük gəmisi naməlum mərmi ilə vurulduğunu bildirən radio mesajı ötürüb.

Hadisə ilə bağlı araşdırmalar davam edir. UKMTO bölgədən keçən digər gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət müşahidə edərsə dərhal quruma məlumat verməyi tövsiyə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM