satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda meyitlərin kremasiyası qadağan olunub

Qırğızıstanda meyitlərin kremasiyası qadağan olunub

Qırğızıstanda meyitlərin kremasiya etmək qadağan edilib.

NTV Qırğızıstan mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov "Dəfn və cənazə işi haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Dəyişikliklərə əsasən, içərisində kül olan urnaların basdırılması ilə bağlı müddəalar qanundan çıxarılıb, eləcə də ölənlərin dəfn edilməsi üsulu kimi kremasiya haqqında ayrı-ayrı normalar qüvvədən düşmüş hesab edilib.

Yeni dəyişiklikdə "kremasiya" anlayışı tibbi fəaliyyət nəticəsində əmələ gələn bioloji obyektlərin sanitar məqsədlərlə ixtisaslaşdırılmış texniki qurğularda yandırılması kimi müəyyən edilib. Bununla yanaşı, krematoriya belə obyektlərin sanitar məqsədlərlə termiki üsulla məhv edilməsi üçün nəzərdə tutulan qurğu kimi nəzərdən keçirilir.

Eyni zamanda, şəxsiyyəti müəyyən edilməmiş və sahibsiz meyitlərin, eləcə də abort edilmiş və ölü doğulmuş insan döllərinin dəfn edilməsi qaydası dəqiqləşdirilib. Onlar daxili işlər orqanlarının razılığı ilə cənazə işləri üzrə ixtisaslaşdırılmış xidmət tərəfindən qəbiristanlıqların xüsusi olaraq müəyyən edilmiş sahələrində dəfn ediləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM