satellite   Azerspace-1: 11135 H 30000

Media: Almaniyada yeni mülki xidmətin tətbiqi üçün hazırlıqlar görülür

Media: Almaniyada yeni mülki xidmətin tətbiqi üçün hazırlıqlar görülür

Almaniya hökuməti ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq olunacağı təqdirdə yeni mülki xidmət sisteminin yaradılması ilə bağlı hazırlıq işləri görür.

NTV yerli mediaya istinadla bildirir ki, Federal Ailə Nazirliyinin məlumatına görə, son aylarda 23 iri birlik və təşkilatla məsləhətləşmələr keçirilib. Məqsəd hərbi xidmətdən imtina edən şəxslər üçün alternativ xidmət imkanlarının müəyyənləşdirilməsi olub. Sorğuda iştirak edən 23 təşkilatdan 22-si belə vəziyyət yaranacağı halda mövcud infrastrukturun və xidmət yerlərinin hazır olduğunu qeyd edib.

Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı blokunun Bundestaqdakı fraksiyasının rəhbəri Torsten Fray mümkün yeni mülki xidmət üçün əvvəlcədən hazırlıq görülməsini düzgün və ağıllı addım adlandırıb. O bildirib ki, hazırda hərbi xidmətin bərpası ilə bağlı yekun qərar yoxdur, lakin gələcəkdə sürətli qərarların qəbul edilməsinə ehtiyac yarana bilər.

Almaniyada məcburi hərbi xidmət 2011-ci ilin iyulunda dayandırılıb və bu, praktiki olaraq həm hərbi, həm də mülki xidmət sisteminin ləğvi ilə nəticələnib. Onun əvəzinə Federal Könüllü Xidməti yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM