satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya xəstəxanalarında tibb işçilərinə qarşı irqçi davranışlar artır

Böyük Britaniya xəstəxanalarında tibb işçilərinə qarşı irqçi davranışlar artır

Böyük Britaniyanın dövlət səhiyyə sistemində həkimlərə və tibb işçilərinə qarşı irqçi təhqir və ayrı-seçkilik hallarının artdığı bildirilir.

NTV xəbər verir ki, Radioloqlar Cəmiyyətinin məlumatına görə, son 18 ay ərzində xəstələr tərəfindən edilən irqçi təhqirlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Məlumata əsasən, bəzi tibb işçiləri “meymun”, “çirkli əcnəbi” kimi təhqirlərə məruz qalır, bəzi xəstələr isə qeyri-ağdərili həkim və tibb personalı tərəfindən müalicə olunmaqdan imtina edirlər. Həmçinin “bura gəlib işlərimizi əlimizdən alırlar” kimi ksenofob ifadələrin də səsləndirildiyi qeyd olunur.

Radioloqlar Cəmiyyətinin üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, bəzi səhiyyə işçiləri bu cür irqçi davranışları artıq peşələrinin qaçılmaz hissəsi kimi qəbul etməyə məcbur olduqlarını deyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM