satellite   Azerspace-1: 11135 H 30000

Londonda oğurluqlara qarşı yeni texnologiya tətbiq olunur

Londonda oğurluqlara qarşı yeni texnologiya tətbiq olunur

Böyük Britaniyanın paytaxtı Londonda polis mağaza oğurluqlarına qarşı mübarizəni gücləndirmək məqsədilə yeni texnologiyanın sınaqlarına başlayıb.

NTV “The Independent”ə istinadla xəbər verir ki, hazırda Londonun altı rayonunda sınaqdan keçirilən sistem sayəsində pərakəndə satış şirkətləri təhlükəsizlik kameralarının görüntülərini, şahid ifadələrini və digər sübutları birbaşa polisə göndərə bilir.

Yeni proqram istintaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Əvvəllər polis əməkdaşlarının CCTV görüntülərini əldə etməsi üçün bəzən 28 gün və ya daha çox vaxt tələb olunurdusa, indi həmin materiallara bir neçə dəqiqə ərzində çıxış mümkün olur.

Texnologiyadan artıq “Tesco”, “Boots”, “Marks & Spencer” və “Greggs” kimi iri pərakəndə satış şəbəkələri istifadə edir. Şirkətlərdən bildirilib ki, son illərdə mağaza oğurluqlarının artması biznes üçün ciddi problemə çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM