Bu ilin I yarımilində Fransanın dövlət büdcəsi 106,8 milyard avro kəsirlə icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyard avro və yaxud 6,4 % çoxdur.
Bu barədə NTV Fransanın Dövlət Hesabları Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Qiymətləndirmələrə görə, kəsirin artması dövlət maliyyəsinin sağlamlaşdırılması ilə bağlı çətinliklərin hələ də davam etdiyini göstərir.
Öz növbəsində "Reuters" agentliyi bildirib ki, Fransa hökuməti 2026-cı ildə dövlət idarəetmə sektorunun ümumi kəsirini ÜDM-in 5 %-i səviyyəsində saxlamaq kimi əsas hədəfə çata bilməmək riski ilə üz-üzədir. İyul ayında maliyyə naziri Rolan Leskyur iqtisadi artım proqnozunun pisləşməsindən sonra bu hədəfə nail olmağın çətin olacağını etiraf edib.
