satellite   Azerspace-1: 11135 H 30000

İspaniya Seutada miqrant uşaqlara kömək üçün 25 milyon avro ayıracaq

İspaniya Seutada miqrant uşaqlara kömək üçün 25 milyon avro ayıracaq

İspaniya hökuməti hazırkı miqrasiya böhranı zamanı böyüklərin müşayiəti olmadan muxtar Seuta şəhərinə gedən miqrant uşaqlara yardımı təmin etmək üçün 25 milyon avro ayıracaq.

NTV EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı sosial təminat və miqrasiya naziri Elma Sais bildirib.

"Hökumət 25 milyon avro məbləğində növbədənkənar vəsait ayıracaq. Bu vəsait artıq ayrılmış 5,5 milyon avroya əlavə ediləcək", - o qeyd edib.

Nazirin sözlərinə görə, hökumət bu yolla Seutanın və xüsusilə də "əhalinin ən həssas təbəqələrinin" yanında olduğunu və bundan sonra da olacağını nümayiş etdirir.

Seuta hökumətinin müşaviri Alberto Qaytanın sözlərinə, hazırda şəhərdə 862 miqrant uşaq yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM