satellite   Azerspace-1: 11135 H 30000

Qvatemalada Fueqo vulkanının aktivləşməsi səbəbindən ətraf ərazilərin sakinləri təxliyə edilir

Qvatemalada Fueqo vulkanının aktivləşməsi səbəbindən ətraf ərazilərin sakinləri təxliyə edilir

Qvatemalada Fueqo vulkanının aktivləşməsi ilə əlaqədar ətraf ərazilərin sakinlərinin təxliyə edilməsi barədə göstəriş verilib.

NTV  xəbər verir ki, ölkənin Qvatemala Fövqəladə Hallar İdarəsinin yaydığı açıqlamada paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanının aktivləşdiyi bildirilib. Qeyd olunub ki, gün ərzində püskürmənin intensivliyi tədricən artıb və vulkanın yaxınlığında yerləşən iki kəndin sakinlərinin təxliyə olunması barədə qərar qəbul edilib.

“Narıncı” səviyyədə təhlükə elan edilib və külün ətraf ərazilərə yayılmasının mümkünlüyü barədə xəbərdarlıq olunub.

Əraziyə yaxın magistral avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb, yaxınlıqdakı məktəblərdə isə tədris prosesi dayandırılıb.

Fueqo Mərkəzi Amerikanın aktiv vulkanlarından biri hesab edilir. 2018-ci ildə bu vulkanın püskürməsi nəticəsində təxminən 200 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM