satellite   Azerspace-1: 11135 H 30000

AP: Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib

AP: Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib

Kanadanın qərbindəki meşə yanğını təxminən 230 evi məhv edib.

NTV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" (AP) məlumat yayıb.

Okanaqan hindu icmasının rəhbəri Den Uilsonun sözlərinə görə, alov Vankuverdən təxminən 440 km şimal-şərqdə yerləşən Vernon şəhəri yaxınlığındakı qoruğun böyük hissəsini əhatə edib. Əraziyə havadan baxış keçirdikdən sonra oranın, demək olar, tamamilə yandığı bildirilib.

Yanğın cümə günü axşam gec saatlarda başlayıb və sürəti 115 km/saata çatan küləyin təsiri ilə sürətlə yayılıb. Uilson qeyd edib ki, bəzi sakinlərin təxliyə üçün cəmi bir neçə dəqiqə vaxtı olub. Yanğınsöndürmə xidmətinin aviasiya bölmələri infrastrukturun bir hissəsini, o cümlədən uşaq bağçasını və yeni tikilmiş məktəbi qoruya biliblər.

Britaniya Kolumbiyası əyalətinin hakimiyyət orqanları 8 minə yaxın insanın təxliyə edildiyini bildirib. Çərşənbə axşamı səhər saatlarına olan vəziyyətə görə, regionda təxliyə ilə bağlı 37 sərəncam qüvvədə olub, lakin vəziyyət dəyişməkdə davam edir.

Məlumata görə, əyalətdə 120-yə yaxın meşə yanğını qeydə alınıb, onlardan təxminən 50-ni nəzarət altına almaq mümkün olmayıb. Ən böyük yanğın ocaqları Boston-Bar, Klinton və Kimberli yaşayış məntəqələri ərazilərindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM