satellite   Azerspace-1: 11135 H 30000

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Venesueladan Amerika Birləşmiş Ştatlarına (ABŞ) gündə 500 min bareldən çox neft ixrac olunur.

NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt bildirib.

“Son bir neçə ayda gündə 500 min bareldən çox və ya Venesuelada istehsal edilən neftin təxminən yarısının ABŞ-yə, xüsusi tikilmiş emal zavodlarına göndərildiyini gördük", - deyə o vurğulayıb.

Bildirildiyinə görə, Venesuelada gündə təxminən 1,25 milyon barel neft istehsal edilir.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ-nin xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasa hücum edərək, Prezident Nikolas Maduronu saxlayıblar. O, həyat yoldaşı ilə birlikdə ABŞ-yə aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM