satellite   Azerspace-1: 11135 H 30000

Çin ilk dəfə təkrar istifadə edilən daşıyıcı raketi uğurla yerə endirib

Çin ilk dəfə təkrar istifadə edilən daşıyıcı raketi uğurla yerə endirib

Çinin özəl aerokosmik "LandSpace" şirkəti "Zhuque-3" (ZQ-3) kommersiya daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.

NTV-nin xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, ZQ-3 Çinin yalnız uğurla buraxılışı deyil, həm də quruya nəzarətli eniş edən ilk kommersiya buraxılış vasitəsi olub. Uçuş, yerli vaxtla səhər saat 7:35-də (Bakı vaxtı ilə səhər saat 3:35) ölkənin şimalındakı Szyuquan kosmodromundakı "Dunfen" buraxılış meydançasından baş tutub.

ZQ-3-ün ilk mərhələsi Çinin şimal-qərbindəki Qansu əyalətinin Minszin dairəsində xüsusi hazırlanmış əraziyə planlaşdırılan vaxtda eniş edib. Bu nailiyyət Çinin təkrar istifadə edilə bilən daşıyıcı raketlərinin yaradılması üçün əsas texnologiyaların mənimsənilməsində əhəmiyyətli irəliləyiş hesab olunur.

ZQ-3-ün ikinci mərhələsi "Honxu-3" kosmik gəmisini orbitə çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM