satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Türkiyənin Milli Təhsil Nazirliyi 2026-2027-ci tədris ili ilə bağlı qaydaları əks etdirən sənədi ölkənin bütün vilayətlərinə göndərib.

NTV xəbər verir ki, sənəddə məktəb rəhbərlərinin, müəllimlərin və təhsil sahəsində çalışan digər əməkdaşların vəzifələrini icra edərkən müəllimlik peşəsinin nüfuzuna hörmətlə yanaşmalı, şagirdlər üçün örnək olmalı olduqları bildirilir.

Həmçinin qeyd olunur ki, pedaqoqun xarici görünüşü müəllimlik peşəsinin nüfuzuna, dövlət qulluqçusu missiyasının ciddiliyinə və sosial həssaslığa uyğun gəlməlidir. Bununla əlaqədar, yeni tədris ilinin əvvəlindən müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Bundan başqa, şagirdlərin valideynləri dövlət xidmətləri portalı vasitəsilə müvafiq icazə almadan təhsil müəssisələrinə daxil ola bilməyəcəklər.

Qərarın icrasına nəzarət ölkənin 81 əyalətindəki Milli Təhsil idarələrinə həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM