satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində “Wildberries” logistika mərkəzində güclü yanğın baş verib.

NTV xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib.

Onun sözlərinə görə, yanğının əhatə etdiyi ərazi 100 min kvadratmetrdən çox olub. Hadisə nəticəsində şirkətin bir əməkdaşı xəsarət alıb.

Kotovsk şəhərinin başçısı Aleksey Plaxotnikov şəhər sakinlərini dəm qazı və yana biləcək məhsullardan zəhərlənmə təhlükəsi ilə əlaqədar evdə qalmağa və pəncərələri bağlamağa çağırıb. Həmçinin şəhər sakinlərinə qarşıdakı iki gün ərzində şəhərdə fəal hərəkət etməkdən çəkinmək və çatdırılma xidmətlərindən istifadə etmək tövsiyə olunub.

Bundan başqa, Lipetsk dairəsində pilotsuz uçuş aparatının fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində biri 14 yaşlı yeniyetmə olmaqla iki nəfər həlak olub.

Bu barədə regionun rəhbəri İqor Artamonov məlumat verib.

PUA-nın düşməsindən sonra evdə yanğın baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:20 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM