satellite   Azerspace-1: 11135 H 30000

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

Avropa Quraqlıq Observatoriyasının məlumatına görə, hazırda Avropa İttifaqı və Birləşmiş Krallıq ərazisinin 50 faizi müxtəlif dərəcəli quraqlıq şəraitindədir. Yağıntıların azlığı torpağın rütubətinin kəskin azalmasına və meşələrin vəziyyətinin pisləşməsinə səbəb olur.

NTV xəbər verir ki, BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) məlumatına görə, uzun sürən quraqlıq, istilik stresi, meşə yanğınları riskinin artması, habelə qabıqyeyən böcəklərin və fitopatogen xəstəliklərin geniş yayılması regionda meşələrin qurumasına gətirib çıxarır.

BMT AİK-in “2025-ci il üzrə meşə profili” məlumatlarına əsasən, regionda həşəratlardan, xəstəliklərdən və əlverişsiz hava şəraitindən müxtəlif vaxtlarda 73 milyon hektara qədər meşə zərər çəkib.

Eyni zamanda, region üzrə şəhərlərdəki ağaclar ekstremal “şəhər istilik adası” effektinin və su çatışmazlığının təsirinə məruz qalırlar.

BMT AİK-in Meşələr və Meşə Sənayesi Komitəsinin noyabrın 4–6-da keçiriləcək iclası çərçivəsində ölkələr abiotik amillərin – quraqlıq, qasırğa və meşə yanğınlarının, habelə zərərvericilər daxil olmaqla biotik amillərin vurduğu zərərin izlənməsi üçün pilot hesabat metodikası üzərində işləyirlər. Bu, şəffaf məlumat mübadiləsini təmin etməyə və zəruri tədbirləri operativ şəkildə görməyə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İTV 21 yaşını qeyd edir

16:30 29.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM