satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

NTV xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Günün digər oyununda “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:15-də start götürəcək.

Qeyd edək ki, turun digər matçları avqustun 30-31-də təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İTV 21 yaşını qeyd edir

16:30 29.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM