satellite   Azerspace-1: 11135 H 30000

Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb

Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb

Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar.

NTV Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçıları sammiti və VI Ümumdünya Köçəri Oyunlarının təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş güc strukturlarına baxış zamanı bildirib.

"Biz müxtəlif dağıdıcı xarici qüvvələrin təxribatlarına uyaraq və onlardan mükafat alaraq aramızda fəaliyyət göstərən, qisasa çağıran və cəmiyyətdəki sabitliyi pozmağa çalışan o azsaylı xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq. Belə insanlara aman verilməyəcək!" - Japarov bildirib.

O vurğulayıb ki, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi ölkədə sabitliyin və inkişafın ən mühüm şərtidir, həmçinin güc strukturlarının əməkdaşlarını yüksək peşəkarlığa, məsuliyyətə və xalqa vicdanla xidmət etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İTV 21 yaşını qeyd edir

16:30 29.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM