satellite   Azerspace-1: 11135 H 30000

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, arabir leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NTV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İTV 21 yaşını qeyd edir

16:30 29.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM