satellite   Azerspace-1: 11135 H 30000

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

İtaliyanın Siciliya adasında açıq ərazilərdə yanğın baş verib.

NTV xarici mediaya istinadla xəbər verir ki, yanğın Çiminna şəhəri ilə Ventimilya di Siciliya arasındakı kolluqda başlayıb və geniş əraziyə yayılıb.

Yanğınsöndürənlər alovun qarşısını almaq üçün su daşıyan maşınlardan, eləcə də təyyarə və helikopterlərdən istifadə ediblər.

Yanğın ərazidəki evlərə təhlükə yaratdığı üçün oradakı insanların bir hissəsi təxliyə olunublar. Yanğın zamanı xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.

Siciliya adasındakı Trapani, Aqrigento və Messina şəhərlərinin yaxınlığında da yanğınlar baş verib.

Adada temperaturun 40 dərəcəni keçdiyi və bəzi yanğınların qəsdən törədildiyinin ehtimal olunduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM