Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla münaqişədə səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib.
NTV xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens “Fox News”a müsahibəsində bildirib.
Xatırladaq ki, avqustun 30-da ABŞ-nin qüvvələri İranın Larak adasındakı 2 raket buraxan qurğuya zərbə endirib. İran isə cavab olaraq ABŞ-nin İordaniyadakı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarına hücum edib.
