satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülüb

Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülüb

Kolumbiya Hərbi Hava Qüvvələrinin (HHQ) qanunsuz silahlı qruplaşmalardan birinin bazasına endirdiyi aviazərbə nəticəsində 20 yaraqlı öldürülüb.

NTV xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Kolumbiya lideri Abelardo de la Esprielya bildirib.

"Quavyare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordiskonun qruplaşmasının bazasına aviazərbə endirib. Bununla yanaşı, 20 yaraqlı öldürülüb, daha 5 nəfər nəzarətə götürülüb, həmçinin düşərgə ərazisində olan iki yetkinlik yaşına çatmayan şəxs azad edilib", - o qeyd edib.

Kolumbiya lideri bildirib ki, ölənlər arasında əməliyyatın əsas hədəfi olan - Tiqr Sans ləqəbi ilə tanınan "Karolina Ramires" hücrəsinin komandiri müəyyən edilib: "O, cinayətkar Mordiskonun yaxın ətrafına daxil idi".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM