Rusiya ordusu sentyabrın 1-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə ballistik və qanadlı raketlərlə, dronlarla hava zərbələri endirib.
NTV xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçkonun yaydığı məlumata görə, hava zərbələri nəticəsində Ukrayna paytaxtında 8 nəfər həlak olub, ikisi uşaq olmaqla 5 nəfər yaralanıb.
Qolosevski rayonunda pilotsuz təyyarə və raketin qalıqları bir neçə yerə düşüb. Qeyri-yaşayış binasında yanğın baş verib. Bir nəfər həlak olub.
Darnitski rayonunda raket qeyri-yaşayış binasına dəyib və yanğına səbəb olub. Yeddi nəfər ölüb, bir nəfər yaralanıb.
Solomyanski rayonunda pilotsuz təyyarələr şəxsi evə düşüb. İki uşaq da daxil olmaqla dörd nəfər yaralanıb.
Təcili yardım və şəhər xidmətləri hadisə yerində işləməyə davam edir.
Hadisənin nəticələri barədə məlumatlar dəqiqləşdirilir.
