satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb

Hindistanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

NTV Hindistan KİV-nə istinadən xəbər verir ki, qəza Baqpat rayonu ərazisindəki magistral yolda baş verib.

Polisin məlumatına görə, avtobusda təxminən 32 nəfər olub. Nəqliyyat vasitəsi ayırıcı səddə çırpılaraq aşıb. Bir neçə sərnişin ciddi xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM