satellite   Azerspace-1: 11135 H 30000

Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub

Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub

Kazanda (Tatarıstan, Rusiya) kafelərin birində məhsulların istehlakından sonra 33 nəfərin bağırsaq infeksiyasına yoluxduğu aşkar edilib.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, insidentlə bağlı məlumatı "Rospotrebnadzor"un Tatarıstan üzrə İdarəsi yayıb.

Qeyd olunub ki, 22 nəfərdə salmonellyoz təsdiqlənib.

"12-13 sentyabr tarixlərində Kazanda №1 "Nan kebab" məhsullarının istehlakından sonra 33 bağırsaq infeksiyası halı qeydə alınıb. 22 nəfərdə salmonella aşkarlanıb", - qurumdan qeyd edilib.

Kafedə çoxsaylı qayda pozuntuları aşkar edilib, 44 kq məhsul satışdan çıxarılıb. "Rospotrebnadzor"un məlumatına görə, həmin məhsullarda bağırsaq çöpü aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM