satellite   Azerspace-1: 11135 H 30000

Çin ABŞ-ni normal iqtisadi və ticarət əməkdaşlığını pozmamağa çağırır

Çin ABŞ-ni normal iqtisadi və ticarət əməkdaşlığını pozmamağa çağırır

ABŞ bazar iqtisadiyyatı prinsiplərinə riayət etməli, müəssisələr arasında normal iqtisadi və ticarət əməkdaşlığını pozmağı dayandırmalı, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini ciddi şəkildə qorumalıdır.

NTV xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ştatların xaricə investisiya təhlükəsizliyi proqramı çərçivəsində biotexnologiyanı yeni qadağan olunmuş texnologiya kateqoriyası kimi əlavə etməsi ilə bağlı təklifə dair yayılan xəbərlərə münasibətdə bildirib.

Çin XİN rəsmisi deyib ki, milli təhlükəsizlik anlayışını ümumiləşdirmək, müəyyən ölkələri hədəf alan ayrı-seçkilik tədbirləri görmək, iqtisadi, ticarət və investisiya fəaliyyətlərinə özbaşına məhdudiyyətlər qoymaq heç kimin maraqlarına xidmət etmir. “Çin məsələnin gedişatını yaxından izləyəcək, qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirlər görəcək”, - deyə Mao Nin bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM