satellite   Azerspace-1: 11135 H 30000

İKT sahəsində 7 yeni dövlət standartının layihələri hazırlanıb

İKT sahəsində 7 yeni dövlət standartının layihələri hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclası keçirilib.

AZSTAND-dan NTV-yə  bildirilib ki, iclasda Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.

Bundan əlavə, AZSTAND/TK-05-in ISO/IEC JTC 1 İnformasiya texnologiyası standartlaşdırma üzrə beynəlxalq Texniki Komitədə milli “güzgü komitə” qismində fəaliyyət göstərməsi məsələsinə nəzər salınıb.

Sonda Texniki Komitənin fəaliyyətində iştirakla bağlı müraciətlər nəzərə alınaraq AZSTAND/TK 05-in tərkibinə yeni üzvlər qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM