satellite   Azerspace-1: 11135 H 30000

Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub

Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub

Dünən axşam yağan intensiv yağışlar nəticəsində təxminən 15 təsərrüfat sahəsinə ziyan dəyib, heyvanlar tələf olub.

NTV xəbər verir ki, bunu Ordubad rayonu Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sel nəticəsində mal-qaraya, avtomobillərə və digər texnikalara ziyan dəyib:

"Bir təsərrüfatda 5-6 baş heyvanın tələf olduğu bildirilir. Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən əraziyə texnikalar cəlb olunub. Selin dayanmasından sonra yollara yığılan qum və çınqılın təmizlənməsi, məhəllələrə gedən yolların açılması istiqamətində işlər görülüb. Hazırda ərazidə fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir. Qaz və elektrik təchizatı infrastrukturuna ziyan dəyməyib. Bir neçə ərazidə rabitə xətlərində yaranan problemlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM