satellite   Azerspace-1: 11135 H 30000

Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək

Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək

Milanda (İtaliya) gənclərin etirazları ilə əlaqədar həftəsonu yeni zorakılıq və iğtişaş hallarının qarşısını almaq üçün mühafizə gücləndirilir.

NTV xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Milanda komendant saatı tətbiq etməmək qərara alınıb, lakin hərbçilər mümkün iğtişaş yerlərində patrul xidməti həyata keçirəcək, həmçinin konsulluqları, dövlət və dini qurumları qoruyacaqlar.

Bundan əlavə, yeniyetmələrin Milana kütləvi axınının qarşısını almaq üçün bir sıra vağzallarda yoxlamalar aparılacaq.

Bununla yanaşı, həftəsonlarında Milanın mərkəzində mitinqlərin keçirilməsi qadağan edilib.

Xatırladaq ki, oktyabrın 17-də İtaliyanın şimalındakı iri şəhərləri etirazlar bürüyüb. Ən böyük iğtişaşlar Milanda baş verib, burada etirazların ikinci günündə İtaliya polisi 200-dən çox adamı saxlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:37 23.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM