Fransa Milli Assambleyası hökumətin 2027-ci il üçün Sosial Təminat büdcəsi layihəsinin gəlirlər hissəsini 115 səslə əleyhinə, cəmi bir səslə lehinə olmaqla rədd edib.
NTV xəbər verir ki, bu qərar layihənin bütövlükdə rədd edilməsi deməkdir və xərclər hissəsinin müzakirəsinə ehtiyac qalmayıb.
Səsvermədə solçu qüvvələr, eləcə də Milli Birlik (RN) ilə UDR ittifaqı və Respublikaçılar Partiyasının (LR) deputatlarının əksəriyyəti layihənin əleyhinə çıxış ediblər. Hökumət düşərgəsinin digər üzvlərinin böyük hissəsi bitərəf qalıb, MoDem partiyasından isə yalnız bir deputat layihəni dəstəkləyib.
Səsvermədən əvvəl deputatlar büdcə layihəsinin əsas tədbirlərinin böyük hissəsini mətndən çıxarıblar.
Layihə ilkin variantda noyabrın 9-dan etibarən Fransa Senatında müzakirəyə çıxarılacaq.
