Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
NTV xəbər verir ki, qəza Kvetta-Karaçi magistralının yaxınlığında baş verib. Polis rəsmilərinin məlumatına görə, ölənlərdən 7-si hadisə yerində, 5-i isə xəstəxanada həyatını itirib.
Yerli xilasetmə xidmətinin məlumatına əsasən, yaralılardan 7-sinin vəziyyəti ağırdır.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.
