satellite   Azerspace-1: 11135 H 30000

Rumıniyada ayılara həsr olunmuş park yaradılacaq

Rumıniyada ayılara həsr olunmuş park yaradılacaq

Rumıniyanın Mureş vilayətində yerləşən Sovata kurort şəhərində dünyanın müxtəlif bölgələrində yaşayan ayı növlərinə həsr olunmuş tematik park yaradılacaq. Layihənin ümumi dəyəri 2,5 milyon avro təşkil edir.

NTV  xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyinin məlumatına görə, layihə Avropa İttifaqının maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Sovata şəhərinin meri Fülöp Laslo Jolt bildirib ki, park keçmiş istixana kompleksinin yerləşdiyi ərazidə salınacaq. Məqsəd istifadəsiz qalmış sənaye ərazisini müasir turizm və istirahət məkanına çevirməkdir.

Parkda canlı heyvanlar saxlanılmayacaq. Bunun əvəzinə ziyarətçilərə qütb ayısı, panda və qonur ayı da daxil olmaqla müxtəlif ayı növlərinin yaşayış mühiti üçölçülü modellər, interaktiv qurğular və multimedia vasitəsilə təqdim ediləcək.

Layihəyə əsasən, parkın ərazisi yuxarıdan baxıldıqda ayı siluetini xatırladacaq. Burada sərgi salonları, video nümayiş məkanları və ailəvi istirahət zonaları yaradılacaq.

Şəhər rəhbərliyinin məlumatına görə, layihənin dörd-beş il ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Sovata Rumıniyanın məşhur kurort mərkəzlərindən biridir. Şəhərin əsas turizm rəmzlərindən biri müalicəvi xüsusiyyətləri ilə tanınan Ursu gölüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM