satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub - FOTOLAR

Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub<font color=red> - FOTOLAR</font>

Özbəkistanın qədim mədəniyyət beşiklərindən olan Xivə şəhərində “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumunun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə ölkəmizi Azərbaycannın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən NTV-yə  bildirilib ki, forum müxtəlif ölkələrin yaradıcı şəxsləri arasında mədəni dialoqun inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Açılış mərasimindən sonra iştirakçılar üçün təşkil olunan mədəni-bədii proqram çərçivəsində “Art-House Xamsa” teatrının təqdimatında “Aydan da gözəl” adlı lirik kompozisiya nümayiş etdirilib.

Ümumilikdə, forum xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə, milli mədəni irsin və yaradıcılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına, incəsənət vasitəsilə qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə vermişdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM